BolgeXeber.Com » Dünya » Türkiyədə azərbaycanlı tələbələr dağıntılar altından çıxarıldı

Türkiyədə azərbaycanlı tələbələr dağıntılar altından çıxarıldı

6-02-2023, 13:27
Oxunub: 1 704

Türkiyədə baş verən zəlzələdə iki azərbaycanlı tələbə bacılar xəsarət alıb.

Bolgexeber.com xəbər verir ki, bu barədə Türkiyədə yaşayan jurnalist Nigar Ögeday Tvitter hesabında məlumat yayıb.

O bildirib ki, sözügedən tələbələr Sütçü İmam Universitetinin tələbələridir:

“Qəhrəmanmaraşda baş verən zəlzələdə İsmət Paşa məhəlləsinin Trabzon caddəsində yaşayan azərbaycanlı tələbələr - Gülşən və Jalə Cəfərovalar dağıntılar altından çıxarılıb. Hazırda hansı xəstəxanaya aparıldığı bilinmir”.