BolgeXeber.Com » Dünya » Daha bir tələbə dağıntılar altından çıxarıldı

Daha bir tələbə dağıntılar altından çıxarıldı

7-02-2023, 17:45
Oxunub: 1 584

Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Qəhrəmanmaraşda itkin düşmüş azərbaycanlı tələbə tapılıb.

Bolgexeber.com xəbər verir ki, bu barədə Report-a Qəhrəmanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.

Belə ki, Qəhrəmanmaraş Sütçü İmam Universitetinin tələbəsi Göyçə Baxşəliyeva dağıntıya məruz qalmış binanın altından çıxarılıb, təcili olaraq xəstəxanaya aparılıb:

“Xəsarətlər alıb, ümumi vəziyyəti ağır deyil. Müayinələrdən sonra səhhəti haqqında dəqiq məlumatı həkimlərdən alacağıq”.

Həmran Əmirli deyib ki, tələbənin vəziyyəti ilə bağlı məsələ Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzarətindədir:

“Valideynlərinin də məlumatı var”.

[/spoiler]