BolgeXeber.Com » Dünya » Türkiyədəki zəlzələdə ölənlərin sayı niyə çoxdur?

Türkiyədəki zəlzələdə ölənlərin sayı niyə çoxdur?

9-02-2023, 13:51
Oxunub: 2 840
Türkiyədə zəlzələnin niyə bu qədər dəhşətli olması və dağıntılar yaratması bütün dünyada müzakirə olunur.

Bolgexeber.com
 xəbər verir ki, “The Japan Times” nəşri bu mövzunu araşdırıb.

Nəşr yazır ki, itkilərin böyük olmasının bir neçə səbəbi var:

Birincisi, zəlzələnin baş verdiyi ərazidə əhalinin sıx yaşamasıdır.
İkincisi, zəlzələnin baş vermə saatıdır: səhər saat 04:17-də insanların yatdığı vaxt baş verməsi xilas olma ehtimalını minimuma endirib;
Üçüncüsü, binaların böyük zəlzələlərə dayanıqlı olmamasıdır;

Nəşr qeyd edir ki, baş verən tektonik hadisə böyüklüyünə görə, 1822-ci ildən sonra ilk dəfədir yaşanır.

“1822-ci ilin 13 avqust tarixində eyni ərazidə baş vermiş 7,4 bal gücündə zəlzələ bütün şəhərləri darmadağın etdi. Həmin vaxt zəlzələnin avterşokları təxminən bir il davam etdi. 200 il sonra hər şey eynilə təkrarlandı. Qırılma xətti çox böyükdür, söhbət 100 kilometrdən gedir”, - nəşr qeyd edir