BMT Suriya və Türkiyəyə çağırış etdi
21-02-2023, 12:14
Oxunub: 2 664
Birləşmiş Millətlər Təşkilatı (BMT) üzv dövlətləri zəlzələlərdən sonra Türkiyə və Suriyaya başladılan yardım kampaniyasına daha tez töhfə verməyə çağırıb
Bolgexeber.com xəbər verir ki, gündəlik mətbuat brifinqində çıxış edən BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Hatayın Defne rayonunda baş verən zəlzələyə toxunaraq, bölgədəki risklərin böyük olduğuna işarə edib.
"Suriya və Türkiyəyə edilən yardımdan çox məmnun olduğumuzu söyləmək çətindir, çünki bizə daha çox, daha sürətli pul lazımdır", - Dujarrik deyib.
Əməyi keçən ölkələrə təşəkkür edən BMT rəsmisi insan həyatının risk altında olduğunu və bu səbəbdən yardımların sürətləndirilməsi vacibliyini vurğulayıb
O, həmçinin qeyd edib ki, BMT-nin yerlərdəki personalının sayı da artıb və personal koordinasiya rolunu oynayır.
Xatırladaq ki, fevralın 14-də BMT Suriyada zəlzələdən zərər çəkənlərə 397,6 milyon dollar humanitar yardım göstərməyə çağırıb. Eyni zamanda, BMT 9-16 fevral tarixlərində 143 humanitar yardım maşınının Babülhava və Babüsselam sərhəd qapılarından ölkəyə daxil olduğu barədə məlumat paylaşıb.
Fevralın 16-da BMT-nin baş katibi Antonio Quterreş əsrin ən böyük zəlzələsindən zərər çəkmiş türk xalqı üçün 1 milyard dollar dəyərində humanitar yardım çağırışı edib
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər