BolgeXeber.Com » Dünya » Daha bir ölkədə GÜCLÜ ZƏLZƏLƏ OLDU

Daha bir ölkədə GÜCLÜ ZƏLZƏLƏ OLDU

23-02-2023, 09:04
Oxunub: 1 720

Tacikistanın Çin ilə sərhədinin yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.


Bolgə TV xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb.


Çin vaxtı ilə səhər saat 8:37-də (Bakı vaxtı ilə 4:37) qeydə alınan yeraltı təkanlar Çinin Sincan Uyğur muxtar rayonunda da hiss olunub. Zəlzələnin episentri Tacikistan-Çin sərhədindən 82 kilometr aralıda olub.


Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.


Qeyd edək ki, fevralın 22-də Sincan Uyğur muxtar rayonunun Ağsu prefekturasında 4,6 bal gücündə zəlzələ baş verib.