Kahramanmaraşda zəlzələ zamanı ev "AYAQLANIB YERİDİ"
25-02-2023, 09:39
Oxunub: 2 464
Bolgə.TV xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələ Adıyamanda bir kənddə evi bünövrəsindən 30 santimetr yüksəkliyə qaldırıb və 2 metr irəliyə sürükləyib.
Gölbaşı rayonunun Ozan kəndində yerləşən 2 mərtəbəli evin bünövrəsinin düz qarşısından qırılma xətti keçir. Fevralın 6-da episentri Pazarcık olan 7,7 bal gücündə zəlzələ zamanı ev bünövrədən 30 santimetr yüksəyə qalxıb və iki metr "irəliləyib”.
Ev sakinlərindən Emin Atmaca bildirib ki, zəlzələ baş verən gecə böyük bir səs və titrəyə oyanıblar. "Çox səs-küy və gurultu var idi. Ev rəsmən "ayaqlanıb yeridi”. Zəlzələ dayananda bayıra çıxmaq üçün aşağı düşdük və qapı ilə pilləkənin fərqli yerlərdə durduğunu gördük. Pilləkənlə çıxa bilmədik və tullandıq. Bir kötük tapdım və anamı, bacı-qardaşlarımı qucağıma alıb aşağıya endirdim. Hava işıqlaşanda gördük ki, ev həm yuxarı qalxıb, həm də 2 metr irəliyə doğru sürüşüb. MTA qrupları da gəldi. Onlar da belə bir şey görmədiklərini dedilər. Qeyd etdilər ki, Ərəb qırılma xətti ilə Şərqi Anadolu qırılma xətti qapı və evin kandarından keçir. Onlar da çox təəccübləndilər”, - deyə o vurğulayıb
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər