XƏBƏRDARLIQ EDİLDİ: Tehrana getməyin!- SƏBƏB İSƏ...
10-03-2023, 09:14
Oxunub: 2 552
Bakı Tehrana Fərid Səfərlinin itkin düşməsinə görə nota verib: fevralın 20-də İrana gedən F.Səfərli geri qayıtmamışdan bir gün öncə - martın 4-də yoxa çıxıb, səbəblər bəlli deyil, lakin Azərbaycan vətəndaşının İran kəşfiyyatının ovuna çevrilməsi də istisna edilməməlidir.
- Molla rejimi hazırda İrana səfər edən bütün azərbaycanlıları potensial casus gözündə görür və bütün vasitələrlə onları ələ almağa çalışır. Son proseslər – İranın diqqəti daxildəki etirazlardan yayındırmaq üçün "xarici düşmən” obrazından yapışması və bu obrazı Azərbaycan üzərində fokuslandırması, "bölgədə sionistlər və terrorçular var” iddiaları və səfirliyimizə qarşı törədilən terror aktından sonra gərginliyin pik həddə çatması bu ölkəyə gedən azərbaycanlıların iki çətin seçim qarşısında qala biləcəyi riskini də yaradıb: ya İran casusuna çevrilə, ya da "Azərbaycan casusu” olaraq həbs edilə bilərlər.
İran xüsusi xidmət orqanlarının azərbaycanlıları əməkdaşlığa məcbur etmək üçün "Bakıdan göndərilən casus” ittihamından istifadə etməsi ehtimalı yüksəkdir. Hətta bir qədər də irəli gedib, "terrorçu” ittihamı da irəli sürülə bilərlər. Molla rejiminin "Azərbaycan regiona terrorçu ixrac edir” iddiasını "isbatlamaq” üçün "Arazdan keçən terrorçular” və "Şahçıraq terror aktının Bakıdan gələn koordinatoru” kimi ssenariləri işə salması da bu versiyanı istisna etmir. "Casus” və "terrorçu” tapılması həm də bu iddialarının "təsdiqi” üçün lazımdır. Baş verənlər deməyə əsas verir ki, İrana səfər etmək azərbaycanlılar üçün heç olmadığı qədər təhlükəyə çevrilib.
Fərid Səfərlinin İranda "yoxa çıxması” bu məsələni bir daha aktuallaşdırdı. Vətəndaşımızın axtarışının tezliklə müsbət nəticə verməsini diləyirik. Lakin bütün hallarda hazırda İrana səfər etmək hər bir Azərbaycan vətəndaşı üçün riskli olaraq qalır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər