İrana qarşı BÖYÜK ZƏRBƏ: Yeni sanksiya paketi hazırlanıb
21-03-2023, 09:25
Oxunub: 3 112
Aİ bazar ertəsi İranda hakimlər, parlamentarilər və din xadimləri də daxil olmaqla 8 şəxsə və bir təşkilata qarşı insan haqlarının pozulmasına görə yeni, sayca altıncı sanksiyalar paketini təsdiqləyib.
Bolgə.TV xəbər verir ki, bu barədə Aİ Şurasının Brüsseldə yaydığı bəyanatda deyilir.
"Aİ Şurası İranda insan haqlarının ciddi şəkildə pozulmasına görə daha 8 şəxs və bir təşkilata qarşı qadağanedici tədbirlər görməyə qərar verib. Xüsusən də ədalətsiz məhkəmələr zamanı ölüm hökmü çıxaran hakimlərə qarşı sanksiyalar tətbiq edilib”, - sənəddə deyilir.
Sanksiya siyahısına parlament üzvü, radikal din xadimləri, İran televiziyasının nümayəndəsi də daxildir.
Aİ Şurası həmçinin Tehranı nümayişçilərə qarşı ölüm hökmləri tətbiq etməyi dayandırmağa, əvvəlki məhkumluqları əfv etməyə və siyasi məqsədlərə çatmaq üçün xarici vətəndaşların saxlanması ilə bağlı narahatedici təcrübədən əl çəkməyə çağırıb.
Qeyd edək ki, hazırda Aİ-nin İrana qarşı sanksiyaları 204 şəxs və 34 təşkilata şamil edilir. Məhdudiyyətlər Avropadakı aktivlərin dondurulmasından, Avropa İttifaqına girişin qadağan edilməsindən və Avropa biznesmenlərinə qara siyahıda olanlarla hər hansı işgüzar əlaqənin qadağan edilməsindən ibarətdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər