İran dünən neçə yerdə terror edib?- ARAŞDIRMA
29-03-2023, 10:18
Oxunub: 2 336
Martın 28-də İrana bağlı terror qrupları bir neçə ölkədə İsrail vətəndaşları və başqa şəxslərə qarşı terror törətməyə çalışıblar.
Bolgə.TV xəbər verir ki, Azərbaycan Respublikasında millət vəkili Fazil Mustafaya qarşı törədilən terrorla eyni vaxtda Yunanıstanın paytaxtı Afinada da İsrail vətəndaşlarına məxsus restoranda terror törətməyi planlaşdıran iki şəxs həbs edilib.
İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar Təşkilatı (MOSSAD) saxlanılan şəxslərin İrandan idarə olunan geniş terror şəbəkəsinin üzvü olduqlarını elan edib.
Məsələ ilə bağlı Yunanıstan polisi açıqlama verib və bildirib ki, iki terrorçunun saxlanılması ilə xaricdən yönləndirilən böyük terror şəbəkəsinin təxribatçı planlarının qarşısını alıb.
“Afina” xəbər agentliyi Yunanıstan polis rəsmilərinə istinadən həbs edilən 27 və 29 yaşlı terrorçuların Pakistan vətəndaşları olduqlarını və İrandan göstəriş aldıqlarını yazıb.
MOSSAD antiterror əməliyyatında əməkdaşlarının rolunu açıqlayıb və bildirib ki, planlaşdırılan terror aktı İran daxilindən yönəldilmiş geniş şəbəkənin bir hissəsi idi.
İsrailin xarici işlər naziri Eli Kohen terror aktının qarşısını vaxtında aldığı üçün Yunanistan hökumətinə təşəkkür edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər