BolgeXeber.Com » Dünya » Bu ölkə də Kremlə qarşı “xüsusi tribunal qrupu”na qoşuldu

Bu ölkə də Kremlə qarşı “xüsusi tribunal qrupu”na qoşuldu

15-04-2023, 15:19
Oxunub: 2 216
Rusiyanın təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılması üzərində işləyən qrupda iştirak edən ölkələrin sayı 34-ə yüksəlib.

Bolgə.TV xəbər verir ki, bunu Ukraynanın XİN rəhbəri Dmitri Kuleba deyib.

Nazir qeyd edib ki, sözügedən qrupa Kosta-Rika da qoşulub:

“Telefon danışığımız zamanı xarici işlər naziri Arnoldo Tinoko mənə Kosta-Rikanın Ukraynaya qarşı təcavüz cinayəti üzrə xüsusi tribunalın əsas qrupuna qoşulmaq qərarına gəldiyi haqda məlumat verdi. Hazırda qrupa qoşulan ölkələrin ümumi sayı 34-ə çatıb”.

Qeyd edək ki, Rusiyanın təcavüz cinayəti üzrə tribunalın tam olaraq necə olacağına dair hələ qərar hələ verilməyib.