BolgeXeber.Com » Dünya » Zəlzələ təhlükəsi: Türkiyədə ehtiyat şəhərlər yaradılır

Zəlzələ təhlükəsi: Türkiyədə ehtiyat şəhərlər yaradılır

19-04-2023, 09:01
Oxunub: 1 160
İstanbula əlavə əhalinin gəlməsinə icazə verməyəcəyik.

Bolgə.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində deyib.

“İstanbulda toplam 1 milyon əhalisi olan iki ayrı şəhər yaradacağıq. Bu yaşayış sahələri peyk-şəhər modeli olacaq. Anadolu və Avropa səmtlərində 130 milyon kv.m-ə ehtiyac var. Nazirlik yerləri müəyyən edib. Egey zonası üçün də bənzər hazırlığımız var. Zəlzələ təhlükəsinin olduğu 7 coğrafi regionda 7 ehtiyat şəhər üçün işlər başladıldı”, - deyə dövlət başçısı bildirib.