BolgeXeber.Com » Dünya » Pekində xəstəxanada YANĞIN: Çox sayda ölən var

Pekində xəstəxanada YANĞIN: Çox sayda ölən var

19-04-2023, 14:16
Oxunub: 1 128
Çinin paytaxtı Pekində özəl xəstəxanaların birində baş vermiş yanğında ölənlərin sayı 29 nəfərə çatıb.

Bolgə.TV  xəbər verir ki, ötən gün günorta saatlarında başlayan yanğından sonra 142 nəfər təxliyə edilib. 

Həmçinin xəstəxanada ambulator xidmətlər dayandırılıb.

Yanğına qaynaq işlərinin səbəb olduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürənlər, sağlamlıq və təcili yardım qrupları cəlb edilib.