BolgeXeber.Com » Dünya » Ukraynaya kütləvi hücum: Azərbaycanlılar həlak oldular

Ukraynaya kütləvi hücum: Azərbaycanlılar həlak oldular

19-04-2023, 14:38
Oxunub: 1 104
Ukraynada müharibə davam edir.

Bolgə.TV xəbər verir ki, bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Odessa şəhəri uzun fasilədən sonra yenidən hücuma məruz qalıb. Məlumata görə, Rusiya Silahlı Qüvvələri Qara dəniz və Krım istiqamətindən şəhərə kütləvi dron hücumu təşkil edib. 

O da qeyd edilib ki, Rusiya Ordusu Donetskin Avdeyevka və Baxmut şəhərlərinə hücumu daha da gücləndirib:

“Hücumlar zamanı Donetskdə həmyerlilərimiz də zərər çəkib. Nicat Həşimovun Toretsk şəhərindəki evi mərmi zərbələrindən tamamilə yararsız hala düşüb. Həmçinin bir müddətdir itkin düşən Hüseyn Mərdanovun meyiti tapılıb”.