BolgeXeber.Com » Dünya » Paşinyan: KTMT missiyasını qəbul etməyə hazırıq

Paşinyan: KTMT missiyasını qəbul etməyə hazırıq

20-04-2023, 15:32
Oxunub: 1 216
Ermənistan bütövlükdə KTMT missiyasını qəbul etməyə hazırdır.

Bolgə.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O, bu mövzunun hələ də müzakirə mərhələsində olduğunu vurğulayıb:

“Təkcə Rusiya deyil, Ermənistan da hazırdır. Biz narahatlığımızın dairəsini, yaxud istəyimizi müəyyən etmişik. Arzumuz missiyanın effektiv olmasıdır", - o bildirib.

Paşinyan qeyd edib ki, bu məsələ təkcə birbaşa iştirakçılar, yəni Ermənistan və KTMT üçün deyil, həm də bütün region üçün böyük rol oynayır:

“Müvafiq müzakirələr davam edir”.