BolgeXeber.Com » Dünya » Sunakın müavini istefa verdi

Sunakın müavini istefa verdi

21-04-2023, 14:41
Oxunub: 1 184
Böyük Britaniya Baş nazirinin müavini, ədliyyə naziri Dominik Raab "nalayiq davranış" ittihamları səbəbindən istefa verib.

Bolgə.TV xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.

Məlumata görə, Baş nazir Rişi Sunaka D.Raabla bağlı 8 rəsmi şikayət daxil olub. Raab isə bu iddiaları qəbul etməyib. O, hər zaman peşəkarcasına fəaliyyət göstərdiyini vurğulayıb.

Baş nazirin müavini istefa ərizəsində şikayətləri qüsurlu adlandırıb və istintaqın ona qarşı iki fakt aşkarladığını deyib.