BolgeXeber.Com » Dünya » Erməni sədri Tiflisdə döydülər

Erməni sədri Tiflisdə döydülər

22-04-2023, 12:55
Oxunub: 1 424
Ötən gün axşam saatlarında Tiflisdə “Gürcüstan Erməni İcması”nın sədri Artur Mirzoyanı döyüblər.

Bolgə.TV xəbər verir ki, bu barədə Mirzoyan özü iddia edib.

O bildirib ki, ona hücum edənlər maskada olub:

“Mənim ofisimlə evimin arası 200 metrdir. Mən ofisdən evə gələrkən 3 nəfər mənə hücum etdi. Əvvəlcə iki nəfər yaxınlaşdı ki, mənim Artur olduğuma əmin olsun. Qaçmağa çalışdım, ancaq onlar məni döydülər və mən yerə yıxıldım”, - o bildirib.

Mirzoyan onu ağır şəkildə döydüklərini vurğulayıb. İddia edib ki, döyülməsinə səbəb qondarma erməni soyqırımı ilə bağlı prosesdir.

O, 24 apreldə (qondarma soyqırım günü) Türkiyə səfirliyi önündə yürüşə çağırış edib.