BolgeXeber.Com » Dünya » Meksika prezidenti üçüncü dəfə koronavirusa yoluxdu

Meksika prezidenti üçüncü dəfə koronavirusa yoluxdu

24-04-2023, 09:37
Oxunub: 992
Meksika prezidenti Andres Manuel Lopez Obrador yenidən koronavirusa yoluxduğunu, lakin özünü yaxşı hiss etdiyini bildirib.

Bolgə.TV bu barədə TASS-a istinadən xəbər verir.

"Mənim COVID-19 üçün verdiyim test müsbət olub. Ağır deyiləm. Ürəyim 100% işləyir", - deyə o tviterdə yazıb.

Meksika prezidenti Yukatan ştatına səfərini təxirə salmaq məcburiyyətində qaldığını və yaxın günlərdə ənənəvi səhər mətbuat konfransları keçirməyəcəyini də bildirib.

69 yaşlı prezident artıq üçüncü dəfədir ki, koronavirusa yoluxur. O, ilk dəfə 2021-ci ilin yanvarında koronavirusa yoluxub. 2022-ci ilin yanvarında o vaxta qədər üç dəfə peyvənd olunmuş Lopez Obrador yenidən xəstələndiyini bildirib.