BolgeXeber.Com » Dünya » Qazaxıstanda Qələbə Günü qeyd olunmayacaq

Qazaxıstanda Qələbə Günü qeyd olunmayacaq

24-04-2023, 11:52
Oxunub: 1 264
Qazaxıstanda 7 may Vətənin Müdafiəçisi Günü və 9 May - Qələbə Günü qeyd olunmayacaq.

Bolgə.TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna səbəb büdcəyə qənaət və digər tapşırıqların həllinin zəruri olmasıdır.

Xatırladaq ki, 9 may SSRİ-nin (1941-1945) faşizm üzərində qələbəsi günü kimi qeyd olunur. Qələbə Günü əksər postsovet ölkələrində qeyd edilir.