BolgeXeber.Com » Dünya » Türkiyədə fabrikdə yanğın olub

Türkiyədə fabrikdə yanğın olub

24-04-2023, 17:28
Oxunub: 1 208
Türkiyənin Kahramanmaraş vilayətində ofis ləvazimatlarının istehsal olunduğu mebel fabrikində yanğın olub.

Bolgə.TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kahramanmaraş-Kayseri yolunun 1-ci kilometrliyində yerləşən fabrikdə baş verib.

Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Yanğın 2 saat ərzində nəzarətə götürülüb.

Qeyd olunur ki, fevralın 6-da baş verən zəlzələlərdə fabrikin bir hissəsinin zədələnib, zədələnməmiş hissəsində isə bir müddət əvvəl istehsala başlanılıb.
Yanğın zamanı işçilərin qalması üçün qurulan bəzi konteynerlər də yararsız hala düşüb.