BolgeXeber.Com » Dünya » Ermənistanda hərbi komissar döyüldü

Ermənistanda hərbi komissar döyüldü

26-04-2023, 13:17
Oxunub: 1 416
Ermənistanın Tavuş vilayətində hərbi komissar döyülüb.

Bolgə.TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Hadisə aprelin 21-də baş verib. Ermənistan Müdafiə Nazirliyinin Tavuş 2-ci ərazi bölməsinin rəisi Lernik Ohanyan həmin vilayətin iki sakini Qor Atoyan və Vardan Yesayanla yanacaqdoldurma məntəqəsində mübahisə edərkən döyülüb.

Hərbi komissar xəstəxanaya yerləşdirilib. Polis Atoyan və Yesyanı axtarır.