BolgeXeber.Com » Dünya » Pakistanın Baş naziri Ərdoğanı təbrik etdi

Pakistanın Baş naziri Ərdoğanı təbrik etdi

27-04-2023, 12:13
Oxunub: 1 152
Pakistanın Baş naziri Şahbaz Şərif Prezident Ərdoğanı “Hürjet” döyüş təyyarəsinin ilk uğurlu uçuşu münasibətilə təbrik edib.

Bolgə.TV xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.

“Qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanı yerli “Hürjet” yüngül döyüş təyyarəsinin ilk uğurlu uçuşu münasibətilə təbrik edirəm. Şübhəsiz ki, bu, Türkiyə və onun müdafiə sənayesi üçün böyük uğurdur. Türkiyədən olan qardaşıma “TF-X” layihəsində daha böyük uğurlar arzulayıram”, - o bildirib.