BolgeXeber.Com » Dünya » Ermənistanda atışma baş verdi

Ermənistanda atışma baş verdi

28-04-2023, 14:26
Oxunub: 1 088
Bu gün Ermənistanın Gümrü şəhərində atışma baş verib.

Bolgə.TV xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Şirak vilayəti üzrə polis idarəsi məlumat yayıb.

Polis hadisə yerində 15 ədəd avtomat gilizi, pavilyonun dəmir və şüşə hissələrində atəş izləri aşkarlayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Atışma nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.