BolgeXeber.Com » Dünya » Ruslar Xəzərdən Ukraynanı vurdu

Ruslar Xəzərdən Ukraynanı vurdu

1-05-2023, 10:03
Oxunub: 1 112
Rusiya ordusu mayın 1-nə keçən gecə ərzində Ukraynaya 18 qanadlı raket atıb. Ukraynanın hava hücumundan müdafiə qüvvələri onlardan 15-ni məhv edib.

Bolgə.TV xəbər verir ki, bu barədə Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı məlumat verib.

“Rus işğalçıları Oleneqorsk vilayətindən (Murmansk vilayəti) 9 Tu-95 və Xəzər dənizi regionundan 2 Tu-160 strateji bombardmançı təyyarələri ilə Ukraynaya hücum ediblər”, - o bildirib.

Onun sözlərinə görə, Ukraynaya X-101/X-555 qanadlı raketlər atılıb.