BolgeXeber.Com » Dünya » Rusiyada qaz hasilatı azalıb

Rusiyada qaz hasilatı azalıb

3-05-2023, 12:37
Oxunub: 1 144
2023-cü ilin birinci rübündə Rusiyada qaz hasilatı 2022-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 10% azalıb.

Bolgə.TV “Kommersant”a istinadən bildirir ki, hasilatın azalmasının əsas hissəsi “Qazprom”un payına düşür. Aİ-yə ixracın azalması fonunda “Qazprom”un qaz hasilatı azalmaqda davam edir.
Qeyd edək ki, yanvar-mart ayları ərzində Rusiyanın ərazisində qaz hasilatı illik müqayisə ilə 10 faiz azalaraq 180 milyard kubmetrə, martda da 10 faiz azalaraq 61 milyard kubmetrə düşüb.