BolgeXeber.Com » Dünya » ABŞ-a məxsus F-16 qəzaya uğradı

ABŞ-a məxsus F-16 qəzaya uğradı

6-05-2023, 12:30
Oxunub: 1 120
ABŞ-a məxsus F-16 qırıcısı Cənubi Koreyada təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bolgə.TV xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qəzaya uğrayan qırıcı ABŞ Hərbi Hava Qüvvələrinin bazası sayılan “Osan” aviabazasının yaxınlığındakı kənd ərazisinə düşüb. Qəza zamanı pilot katapult edib. Hazırda o, xəstəxanaya yerləşdirilib.

Qırıcının qəzaya uğramasının səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.