BolgeXeber.Com » Dünya » Təsdiqləndi: Paşinyan buna görə Moskvaya getdi

Təsdiqləndi: Paşinyan buna görə Moskvaya getdi

8-05-2023, 14:12
Oxunub: 1 040
Ermənistan Baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə yola düşüb.

Bolgə.TV xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti açıqlama yayıb.

Onun 9 May Qələbə paradında iştirak edəcəyi vurğulanıb.

Qeyd edək ki, bundan öncəki açıqlamada Paşinyanın “9 may axşama qədər Moskvada olacağı” bildirilsə də, paradda iştirakından bəhs edilməmişdi.

Xatırladaq ki, paradda yalnız Qırğızıstan prezidentinin iştirak edəcəyi bildirilmişdi.