BolgeXeber.Com » Dünya » Bir ildən sonra ölüm səbəbi açıqlandı

Bir ildən sonra ölüm səbəbi açıqlandı

11-05-2023, 10:00
Oxunub: 1 104
2022-ci il mayın 26-da yuxuda olarkən dünyasını dəyişən Hollivud aktyoru Rey Liottanın ölüm səbəbi açıqlanıb.

Bolgə.TV  xəbər verir ki, aktyor nəfəs çatışmazlığından vəfat edib.

67 yaşlı R. Liottada, həmçinin ağciyər ödemi, kəskin ürək çatışmazlığı və ateroskleroz müşahidə olunub.

Qeyd edək ki, aktyor Dominikan Respublikasında dünyasını dəyişib. R. Liotta orada "Təhlükəli sular" filminə çəkilirdi.