BolgeXeber.Com » Dünya » Şenol Günəş Mahir Emrelidən danışdı

Şenol Günəş Mahir Emrelidən danışdı

13-05-2023, 18:00
Oxunub: 1 304
Mahirin oyununu hələ "Qarabağ"da çıxış edərkən izləmişdim, istedadlı futbolçudur.

Bolgə.TV xəbər verir ki, bunu Report-a müsahibəsində Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneş azərbaycanlı futbolçuların qardaş ölkədə legioner həyatı yaşaması barədə danışarkən deyib.

71 yaşlı mütəxəssis daha əvvəl Rəşad Sadıqovun da Türkiyədə oynadığını xatırladıb:

"Onunla da əlaqəm var, hərdən danışırıq. Yəni, Azərbaycanda da futbolçu yetişir. Amma onların inkişafı üçün uzunmüddətli plan lazımdır. Problem məhz bundadır. Avrokuboklarda oynamaq üçün hazır futbolçu lazımdır. Bu zaman ən asan yol legioner götürməkdir. Halbuki əlindəki yerlilərin meydana çıxmağa ehtiyacı var. Onlara daha çox şərait yaratmaq lazımdır. Əvvəlcə əlimizdəkindən istifadə etməliyik. Keçmişdə imkanlar məhdud idi. Amma indi elə deyil".