BolgeXeber.Com » Dünya » Rusiyadan Türkiyədəki seçkilərə ilk reaksiya

Rusiyadan Türkiyədəki seçkilərə ilk reaksiya

15-05-2023, 14:11
Oxunub: 1 040
Rusiya Türkiyədəki prezident və parlament seçkilərini böyük diqqətlə izləyir.

Bolgə.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov mayın 15-də jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə şəffaf seçkiləri təmin etməyə və qanunsuz hərəkətlərin qarşısını almağa qadir olan dövlətdir:

“Rusiyam ilə Türkiyə arasında əməkdaşlıq, həqiqətən, qarşılıqlı faydalıdır. Bu əməkdaşlıq hər iki ölkənin və xalqların maraqlarına cavab verir”.