BolgeXeber.Com » Dünya » Heç kim Ərdoğana qalib gələ bilməz - Fransa KİV

Heç kim Ərdoğana qalib gələ bilməz - Fransa KİV

17-05-2023, 18:17
Oxunub: 1 088
Nə zəlzələ, nə inflyasiya, nə də tənəzzül, heç nə Ərdoğana qalib gələ bilməz.

Bolgə.TV xəbər verir ki, bu fikirlər Fransanın “Le Fiqaro” nəşrinin Türkiyədəki seçkilərlərlə bağlı məqaləsində qeyd olunub.

“90%-dən çox seçici fəallığı ilə türklər seçkiyə olan dərin bağlılıqlarını bir daha nümayiş etdirdilər. Prezident Ərdoğanın məğlubiyyətini proqnozlaşdırırdıq. Amma bu ilk turun sonunda o, qeyri-adi populyarlığını göstərdi. İctimaiyyətin bir müddət hökumətin üzərinə qoyduğu bütün tənqidlər və öhdəliklər hakimiyyətin reytinqinə xələl gətirmədi. Zəlzələdən birbaşa təsirlənən vilayətlərdə belə Ərdoğan və komandasına dəstək çox açıq şəkildə ifadə edildi. Ərdoğan seçkinin ilk turundan zəfərə yaxınlaşdı”, - məlumatda qeyd edilib.