BolgeXeber.Com » Dünya » TikTok-un istifadəsi qadağan olundu

TikTok-un istifadəsi qadağan olundu

18-05-2023, 11:33
Oxunub: 1 032
Amerika Birləşmiş Ştatlarının Montana ştatında TikTok-dan istifadə qadağan olunub.

Bolgə.TV xəbər verir ki, ştatın qubernatoru Qreq Gianforte bununla bağlı qərar imzalayıb.

Bildirilib ki, bu, məxfi məlumatların qorunması üçündür. Amma istifadəçilər bu ilin sonuna kimi sosial şəbəkədən istifadə edə biləcəklər. Çünki qadağa gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Bununla da Montana ABŞ-də TikTok sosial şəbəkəsini tamamilə qadağan edən ilk ştat olub.