BolgeXeber.Com » Dünya » Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcəyi tarixi AÇIQLADI

Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcəyi tarixi AÇIQLADI

18-05-2023, 16:17
Oxunub: 1 096
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşdığını açıqlayıb.

Bolgə.TV “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

Paşinyan müvafiq təklifin Rusiya tərəfdən edildiyini və Ermənistanın bunu qəbul etdiyini vurğulayıb. “Görüşün mayın 25-də keçirilməsi planlaşdırılır”, - o söyləyib.

Qeyd edək ki, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır//metbuat.az