BolgeXeber.Com » Dünya » Kılıçdaroğlu keçmiş AKP üzvünü özünə müşavir etdi

Kılıçdaroğlu keçmiş AKP üzvünü özünə müşavir etdi

20-05-2023, 11:30
Oxunub: 856
Türkiyədə mayın 14-də keçirilən parlament seçkilərində CHP üzrə Diyarbəkirdən deputatlığa namizəd olan vəkil Cövdət Nəsiranlıya yeni vəzifə verilib.

Bolgə.TV Türkiyə mediasına istinadən xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu onu özünə siyasi işlər və seçki təbliğatı üzrə müşavir təyin edib.

Qeyd edək ki, C.Nəsiranlı 2019-cu ildə AKP-dən Diyarbəkir Qayapınar rayon bələdiyyə sədrliyinə namizədliyini irəli sürmüşdü.