BolgeXeber.Com » Dünya » Ərdoğan Sinan Oğanla nələr danışıb?

Ərdoğan Sinan Oğanla nələr danışıb?

20-05-2023, 14:13
Oxunub: 1 136
Seçkinin ikinci turundan öncə artıq ittifaqlarda danışıqlar başlayıb.

Bolgə.TV xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Nəşr dünən axşam saatlarında İstanbulda diqqətçəkən görüşün baş tutduğunu xatırladıb. Prezident Rəcəb Tayyib Ərdoğan ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanı Dolmabaxçadakı ofisində qəbul etdiyini qeyd edib. Görüş bir saata yaxın davam edib. Ancaq görüş bitəndən sonra iki tərəfdən də açıqlama verilməyib.

Həmçinin, dünən CHP sədri, Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Zəfər Partiyasının sədri Ümid Özdağla görüşüb. Kılıçdaroğlu Özdağı Zəfər Partiyasının Ümumi Qərargahında ziyarət edib.

Diqqətçəkən məqam isə Sinan Oğanın bu görüşdə iştirak etməməsi olub.

Danışıqlar bir saat iyirmi dəqiqə davam edib. Görüşdən sonra iki lider kameralar qarşısına keçsə də, dəqiq qərar açıqlanmayıb. Kılıçdaroğlu görüşü məhsuldar qiymətləndirib. Ümid Özdağ isə “səlahiyyətli komitələrimizlə bir qiymətləndirmə aparacağıq” deyə bildirib.