BolgeXeber.Com » Dünya » Rusiya Qafqazı tərk edir: onu kim əvəz edəcək?

Rusiya Qafqazı tərk edir: onu kim əvəz edəcək?

25-05-2023, 12:37
Oxunub: 1 128
Rusiyanın MDB məkanındakı rolu “eroziyaya” məruz qala bilər. Lakin onun geosiyasi ambisiyaları azalmır ki, bu da region üçün əlavə risklər yaradır.

Bolgə.TV xəbər verir ki, bu barədə “Haqqın.az” “Moody's Investors Service” beynəlxalq reytinq agentliyinin geosiyasi dinamikaya dair icmalına istinadən məlumat yayıb.

“Qarabağ münaqişəsi fonunda Rusiyanın regiondan uzaqlaşması digər ölkələrin öz mövqelərini ortaya qoymasına səbəb olub. Xüsusilə, Ermənistanda iqtisadi əlaqələri olan İran Türkiyənin Qafqazda artan təsirini tarazlaşdırmağa çalışarkən Ermənistan-Azərbaycan münaqişəsində iştirakını artıra bilər. Rusiyanın əsas istəyi regionda mövcudluğunu saxlamaqdır. Moskvaya postsovet məkanında münaqişələrin dondurulmuş statusu uyğundur”, - məlumatda deyilir.

Qeyd olunur ki, indiki şəraitdə regiona başqa güclərin gəlməsi perspektivi kifayət qədər realdır:

“Məsələn, Ermənistan növbəti dəfə KTMT-dən çıxa biləcəyini açıqlayıb, bu baş verərsə, o zaman İrəvan üçüncü ölkələrin hərbi infrastrukturunu qəbul edə biləcək. Bununla paralel olaraq, əgər amerikalılar ermənilərin təhlükəsizliyini təmin edə bilsələr, o zaman Türkiyə də Azərbaycanın təhlükəsizliyini təmin edə bilər”.