BolgeXeber.Com » Dünya » Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi

26-05-2023, 13:28
Oxunub: 1 112
Rusiya ilə Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi olub.

Bolgə.TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak açıqlama verib. O sosial media hesabında qeyd edib ki, əsir mübadiləsi çərçivəsində 106 Ukrayna əsgəri azad edilib. Məlumata görə, azad edilən hərbçilərdən 8-i zabitdir.

Bildirilir ki, əsirlikdən azad edilən ukraynalı hərbçilər Baxmut cəbhəsində döyüşüb. Yermak sərbəst buraxılan hərbçilərin itkin sayıldığını ifadə edib.