BolgeXeber.Com » Dünya » Gürcüstanda texniki xidmət qatarı aşıb, ölən və yaralananlar Azərbaycan vətəndaşlarıdır

Gürcüstanda texniki xidmət qatarı aşıb, ölən və yaralananlar Azərbaycan vətəndaşlarıdır

27-05-2023, 18:10
Oxunub: 1 288
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstanın Tsalka rayonundan keçən seksiyasında texniki xidmət qatarı relsdən çıxaraq aşıb.

Bolgə.TV Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, ötən gün baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxsin və xəsarət alanların Azərbaycan vətəndaşları olduğu bildirilir.

Dəmir yolu xəttinin sözügedən seksiyasında tikinti işlərinin Azərbaycan Dəmir Yolları şirkəti tərəfindən aparıldığı bildirilib.

Faktla əlaqədar cinayət işi açılıb.