BolgeXeber.Com » Dünya » Paşinyan Ərdoğanı seçkilərdə qələbəsi münasibəti ilə təbrik edib

Paşinyan Ərdoğanı seçkilərdə qələbəsi münasibəti ilə təbrik edib

29-05-2023, 09:36
Oxunub: 1 104
Ermənistanın Baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik edib.

Bolgə.TV xəbər verir ki. o, bu barədə tviter hesabında yazıb. Baş nazir Ermənistan -Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində tərəflərin birgə işi davam etdirəcəyinə inandığını ifadə edib.

Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin II turu olub. Seçki qutularının 99,99% açılıb. Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener bildirib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,14%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.