BolgeXeber.Com » Dünya » Ərdoğana qarşı bütün müxalifət birləşmişdi - Hakan

Ərdoğana qarşı bütün müxalifət birləşmişdi - Hakan

29-05-2023, 12:06
Oxunub: 1 208
İqtisadiyyatdakı vəziyyət, zəlzələ, pandemiya, müharibə və s. heç birinin təsiri olmadı. Rəcəb Tayyib Ərdoğan yenə qalib gəldi.

Bolgə.TV xəbər verir ki, bu sözləri tanınmış jurnalist Əhməd Hakan “Hürriyyət” nəşrində yayımlanan analizində qeyd edib.

O bildirib ki, bu şərtlər altında qalib gəlmək Ərdoğan üçün böyük uğurdur:

“Bu keçmiş qələbələrdən daha vacibdir. “Altılı masa” qurğusu, kənardan HDP dəstəyi, bol-bol paylanan prezident yardımları heç biri fayda vermədi. İmamoğlu və Yavaş bu yarışda elə ön plana çıxdılar ki, qələbə qazanılsaydı, onların bunda payı olacaqdı. Ancaq məğlub olduqlarına görə bunda da ayrı bir payları var. Kılıçdaroğlunun aldığı səslərin içində İYİ Partiyasının, HDP-nin, dörd kiçik partiyanın və Ümid Özdağın səsi var. Buna görə də CHP-nin “tariximizdə ən yüksək səsi aldıq” deməsi sadəcə özünü aldatmasıdır.

2014, 2018, 2023... Dəyişən heç nə yoxdur. Müxalifət əvvəl ayrı-ayrılıqda, sonra birləşərək mübarizə aparsalar da, uduzdular. Müxalifətin bu çıxılmaz vəziyyətdən qurtulmasının iki yolu var: birincisi, öz partiyalarının rəhbərliyini, sonra bu düşüncə tərzini dəyişmək”.