BolgeXeber.Com » Dünya » Ukraynadan Rusiyaya daha bir kütləvi PUA hücumu

Ukraynadan Rusiyaya daha bir kütləvi PUA hücumu

31-05-2023, 14:02
Oxunub: 1 080
Ötən sutka ərzində 10-a yaxın PUA Bryansk vilayətinin Klimovski rayonuna hücum edib.

Bolgə.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndəsi məlumat verib.

“Bütün hücumlar itkisiz və dağıntısız ötüşüb”, - o bildirib.

Onun sözlərinə görə, PUA-ların bir hissəsi Klimovski rayonunun Kurşanoviçi kəndi yaxınlığında düşüb:

“Pilotsuz təyyarələrin bəziləri vurulub, bəziləri isə elektron sistemlərlə məhv edilib”.

Qeyd edək ki, bu gün səhər saatlarında Belqorod vilayətində atəş açıldığı, nəticədə ölənlərin olduğu bildirilmişdi.