BolgeXeber.Com » Dünya » 475-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

475-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

13-06-2023, 18:17
Oxunub: 1 256
Rusiya müharibənin 475-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bolgə.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 442 təyyarəsi, 238 helikopteri, 4585 PUA-sı, 426 zenit-raket kompleksi, 9939 tank və digər zirehli texnikası, 1122 reaktiv yaylım atəş sistemi, 5100 artilleriya və minaatanı, 10 927 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.