BolgeXeber.Com » Dünya » 477-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

477-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

15-06-2023, 18:01
Oxunub: 1 928
Rusiya müharibənin 477-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bolgə.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 444 təyyarəsi, 238 helikopteri, 4630 PUA-sı, 426 zenit-raket kompleksi, 9994 tank və digər zirehli texnikası, 1124 reaktiv yaylım atəş sistemi, 5121 artilleriya və minaatanı, 10 964 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.