BolgeXeber.Com » Dünya » Qonşuda restoranlar bahalaşdı

Qonşuda restoranlar bahalaşdı

20-06-2023, 12:23
Oxunub: 1 248
İyun ayında Rusiya restoranlarının menyusunda yeməklərin qiymətləri orta hesabla 10% artıb.

Bolgə.TV xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Məlumata görə, qiymət artımı idxal olunan məhsulların maya dəyərinin artması ilə bağlıdır, bəzi kateqoriyalar üzrə isə bahalaşma 35%-ə çatır:

“İl ərzində zeytun yağı 34%, dəniz məhsulları orta hesabla 14%, balıq 25% bahalaşıb. Kalmar, karides, qızılbalıq də il ərzində bahalaşıb. Ən çox xarici konservlər - souslar, zeytun, pilati pomidoru, sirkə, o cümlədən tahin pastası müvafiq olaraq 17% və 11% bahalaşıb”.