BolgeXeber.Com » Dünya » 483-cü gün: Ukraynanın itkiləri açıqlandı

483-cü gün: Ukraynanın itkiləri açıqlandı

21-06-2023, 18:05
Oxunub: 1 240
Rusiya müharibənin 483-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bolgə.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 444 təyyarəsi, 240 helikopteri, 4725 PUA-sı, 426 zenit-raket kompleksi, 10256 tank və digər zirehli texnikası, 1127 reaktiv yaylım atəş sistemi, 5187 artilleriya və minaatanı, 11 098 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.