Tacikistanda güclü zəlzələ olub
29-06-2023, 12:38
Oxunub: 2 200
Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Roştqala rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
Bolgə.TV bildirir ki, güclü yeraltı təkanlar təxminən səhər saat 10-da (Bakı vaxtı ilə 9) baş verib, zəlzələnin episentri Xoroqdan təxminən 15 km cənubda 139 km dərinlikdə yerləşib.
Zəlzələnin fəsadları barədə hələ ki məlumat daxil olmayıb.