BolgeXeber.Com » Dünya » Türkiyə Prezidenti türkmənistanlı həmkarı ilə danışdı

Türkiyə Prezidenti türkmənistanlı həmkarı ilə danışdı

30-06-2023, 17:56
Oxunub: 2 608
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədovla telefon əlaqəsi saxlayıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Prezidentlər telefon danışığı zamanı region və beynəlxalq aləmdəki prosesləri, ikitərəfli münasibətləri müzakirə ediblər.

Bundan başqa, ölkə başçıları bir-birilərini Qurban bayramı münasibətilə təbrik ediblər.