BolgeXeber.Com » Dünya » Hindistanda 25 nəfər avtobusda diri-diri yandı

Hindistanda 25 nəfər avtobusda diri-diri yandı

1-07-2023, 13:37
Oxunub: 2 488
Hindistanın Maharaştra ştatında avtobusun yanması nəticəsində azı 25 nəfər ölüb.

Bolgə.TV xəbər verir ki, hadisə şənbə günü yerli vaxtla saat 02:00 radələrində (Bakı vaxtı ilə 00:30 - red.) baş verib. Avtobus Yavatmal şəhərindən Pune şəhərinə gedirmiş.

Polis avtobusda 32 nəfərin olduğunu bildirib.

Hadisənin səbəbi hələlik məlum deyil.