Makron Almaniyaya səfərini niyə təxirə saldı?
1-07-2023, 18:16
Oxunub: 2 512
Fransa Prezidenti Emmanuel Makron iyulun 2-4-də Almaniyaya planlaşdırılan dövlət səfərini təxirə salıb.
Bolgə.TV xəbər verir ki, məlumatı Almaniya Prezident Ofisi yayıb.
Səfərin təxirə salınmasına səbəb kimi Fransada baş verən iğtişaşlar göstərilib.
Qeyd edək ki, iyunun 27-də Fransa polisi 17 yaşlı Əlcəzair əsilli sürücünü öldürüb. Bundan sonra ölkədə iğtişaşlar başlayıb.