İranda neftayırma şirkətinin anbarı yanır – 4 nəfər yaralanıb
10-07-2023, 17:37
Oxunub: 2 400
Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərində Aftab Neft Şirkətinin bitum anbarında yanğın baş verib.
Bolgə.TV xəbər verir ki, hadisə yerinə 3 yanğınsöndürmə maşını göndərilsə də, yanğını hələ də söndürmək mümkün olmayıb.
Yanğın nəticəsində indiyədək 4 nəfərin yaralandığı deyilir.