Rus general məhv edildi
11-07-2023, 11:30
Oxunub: 2 216
Rusiya ordusunun general-leytenantı Oleq Tsokov Ukraynada davam edən döyüşlərdə öldürülüb.
Bolgə.TV xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko Teleqramda yazıb.
O bildirib ki, general müvəqqəti olaraq işğal olunmuş Berdyansk bölgəsində məhv edilib:
“Həmin general 2022-ci ilin sentyabrında da yaralanmışdı”.